GUAM-ın təşkilatın "GUAM- Demokratiya və iqtisadi inkişaf uğrunda" təşkilat adı altında beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul ediləcək sammiti bu gün Kiyevdə öz işinə başlayıb. Trend in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, onun iştirakçıları təşkilatın Nizamnaməsini və birgə Bəyannaməni imzalayacaq, eləcə də müəyyən sahələrə aid əməkdaşlıq, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti və terrorizmlə mübarizədə birgə təbdirlərin keçirilməsi üzrə fəaliyyət planını təsdiqləyəcəklər.
"Demokratiya və iqtisadi inkişaf" təşkilatının təsisçisi olmaq barədə niyyətlərini təkcə Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova deyil, həm də Polşa, Bolqarıstan və Rumıniya da ifadə edib.
Forumda iştirak edən qonaqlar arasında Litva prezidenti Valdas Adamkus, ABŞ Dövlət Departamentinin nümayəndəsi, eləcə də BMT və ATƏT nümayəndələri var.
Sammitin keçirildiyi ərəfədə xarici işlər nazirləri Şurasının iclası keçirilib.
İclasdan sonra Ukraynanın yanacaq və energetika naziri İvan Plaçkov bildirib ki, GUAM üzvləri 4 ölkənin yanacaq və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və energetika siyasəti və təhlükəsizlik məsələləri üzrə fəaliyyətlərinin əlaqələndirilməsi üçün yanacaq-energetika şurası yaratmaq barədə razılığa gəliblər. Bundan əlavə, Plaçkov qeyd edib ki, iclasda Ukraynanın Dunayyanı enerji-nəqliyyat körpüsünün yaradılması barədə təklifə də baxılıb. Öz növbəsində, Polşanın iqtisadiyyat naziri Pyotr Borznyak bildirib ki, Polşa tərəfi GUAM ölkələri birliyinin "Odessa-Brodı" neft kəmərinin Qdanska kimi tikilməsinə cəlb edilməsi təşəbbüsü ilə çıxış edir.
Bazar ertəsi axşam Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, Polşanın dövlət başçısı Lex Kaçinski, Gürcüstan prezidenti Mixail Saakaşvili, və Bolqarıstanın vitse-prezidenti Angel Marin qeyri-formal görüşün gedişində GUAM-ın perspektivlərini müzakirə ediblər.