...

28 May - Respublika günü Təbrizdə də qeyd olunacaq

Siyasət Materials 24 May 2006 13:47 (UTC +04:00)

28 May - Respublika günü Təbrizdə də qeyd olunacaq. Trend xəbər verir ki, bu barədə məlumatı Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı Bürosu yayıb.

Məlumatda qeyd olunub ki, bu münasibətlə həmin gün Təbrizdə mitinq keçiriləcək.Aksiyaya 100 mindən artıq insanın qatılacağı gözlənilir.

Məlumatda qeyd edilir ki, mitinqin qətnaməsi və tələbləri artıq hazırdır. Aksiyada Azərbaycan dilinin İranda rəsmi dövlət dili elan olunmasını, azərbaycanlılara ana dilində təhsil almaq hüququnun verilməsi, Azərbaycan dilində mətbu orqanların nəşri tələb ediləcək.

Xəbər lenti

Xəbər lenti