...

Rumıniya GUAM-a qoşulmaq niyyətindədir

Siyasət Materials 24 May 2006 16:14 (UTC +04:00)

Rumıniya GUAM-ın regional təşkilatdan beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir və yaxın vaxtlarda təşkilata qoşulacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke bildirib.

Rumıniya GUAM-ı böyük gələcəyi olan təşkilat kimi nəzərdən keçirir. Rumıniya təşkilata üzv olan hər 4 dövlət ilə dost və tərəfdaş əlaqələrə malikdir və hazırda həmin əlaqələri təşkilat çərçivəsində daha da genişləndirmək niyyətindədir. Buharest NATO-ya üzvü və AB-yə namizəd dövlət kimi təşkilata öz töhfəsini verməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti