...

Sənaye və Energetika Nazirliyyi ilə Asiya bankı texniki yardım məktubu imzalayıb

Siyasət Materials 26 May 2006 13:25 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyyi ilə Asiya bankı texniki yardım məktubu imzalayıb

Sənaye və Energetika Nazirliyyi ilə Asiya bankı arasında alternativ enerji mənbələrinin tətbiqi layihəsi üzrə texniki yardım məktubu imzalanıb. Trend agentliyinin məlumatına əsasən, sənəd sənaye və energetika naxiri Natiq Əliyev və Asiya bankının ölkə üzrə iqtisadçısı Filipp Çanq tərəfindən imzalanıb.

"Azərbaycan bərpa olunan enerji mənbələri məsələsində ən cəlbedici ölkələrdən biridir. Bu ölkənin coğrafi mövqeyi və iqlim şəraiti ilə şərtlənir" - deyə N.Əliyev vurğulayıb.

Bərpa olunan enerji (vozobnovləemıx) mənbələri proqramının hazırlanması üçün $900 min tələb olunur. $500 min AİB, $200 min - Finlyandiya hökuməti, $200 min - Azərbaycan hökuməti tərəfindən ayrılacaq.

Layihənin gerçəkləşdirilməsi üçün Asiya bankı 2006-cı ildə $40 mln. həcmində kredit ayırmağı planlaşdırır. $25 mln. güzəştli şərtlər, , $15 mln. isə adi şərtlərlə veriləcək.

Layihənin əsas məqsədi ölkə regionlarını alternativ enerji mənbələrilə təmin etməkdir. Bu, regionlardakı kənd təsərrüfatının dəstəklənməsi üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti