...

Samir Şərifov: "2006-cı ildə nəzərdə tutulan büdcə artımının 58,1 milyon manatı elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, incəsənət və KİV-lərin saxlanılmasına sərf ediləcək"

Siyasət Materials 26 May 2006 16:23 (UTC +04:00)

Azərbaycan Respublikasının 2006-cı ildə nəzərdə tutulan büdcə artımının 58,1 milyon manatı və ya 12,8 faizi elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, incəsənət və KİV-lərin saxlanılmasına sərf ediləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin mayın 26-da keçirilən növbəti iclasında ölkənin 2006-cı il dövlət büdcəsi haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi zamanı bildirib.

Nazir qeyd edib ki, nəzərdə tutulan vəsait əsasən səhiyyə müəssisələrində çalışan işçilərə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə prezidentin müvafiq sərəncamının icrası ilə bağlı 1 yanvar 2006-cı ildən səhiyyə işçilərinin əmək haqlarının 30 faiz artımı ilə bağlı xərclərə, minimum əmək haqqının gözlənilən artımına, təyinatla kənd yerlərinə gedən müəllimlərin əmək haqlarına əlavələrə, əmək qabiliyyətini müvəqqəti itirdiklərinə görə işdən azad olan işçilərə müavinətlərin verilməsinə yönəldiləcək.

S.Şərifov onu da bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi, onların qış mövsümündə fasiləsiz soba yanacağı ilə təmin edilməsi üçün yanacağın qiymət fərqinin tənzimlənməsi məqsədilə 4,1 milyon manat vəsait nəzərdə tutulacaq: "Yanacağın qiymət fərqinin tənzimlənməsi, elektrik enerjisi xərci və digər tədbirlərin maliyyələşdirilməsi üçün kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, nəqliyyat və rabitə sahəsinə 12,1 milyon manat vəsait ayrılacaq".

Xəbər lenti

Xəbər lenti