...

Demokratik İslahatlar və Ümid partiyalarının sədrləri AŞPA həmməruzəçiləri ilə görüşüb

Siyasət Materials 26 May 2006 19:31 (UTC +04:00)

Mayın 26-da Avropa Şurasının (AŞ) Bakıdakı informasiya ofisində Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə və Ümid Partiyasının sədri İqbal Ağazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel ilə görüşüb.

"Trendə" açıqlama verən Asim Mollazadə bildirib ki, görüş zamanı Azərbaycandaki ictmai-siyasi vəziyyət, seçki sisteminin təkmilləşdirilməsi, seçki komissiyalarının formalaşdırılması və KİV nümayəndələrinin döyülməsi kimi məsələlər müzakirə olunub.

A.Mollazadə rəhbərlik etdiyi partiyanın Azərbaycanda müstəqil seçki sisteminin yaradılmasına dair mövqeyini həmməruzəçilərin diqqətinə çatdırıb. Onun sözlərinə görə, AŞ Azərbaycan üçün əhəmiyyət kəsb edən təşkilatdır və ölkə AŞ-nin Venesiya Komissiya ilə birgə ölkədə qanunvericiliyin təkmilləşdirilməsi istiqmətində işləri davam etdirilmiəlidir. Seçki komissiyalırı müstəqil olmalı və seçkini bunda maraqlı olan tərəflər keçirməməlidir.

İ.Ağazadə isə öz növbəsində deyib ki, AŞPA həmməruzəçiləri ilə Azərbaycanda demokratiyanın vəziyyəti, parlamentdə aparılan müzakirələr, siyasi aksiyalara icazə verilməməsi və insan haqlarının durumu ilə bağlı müzakirələr aparılıb.

Onun sözlərinə görə, müxalifətin son 6 aydakı fəaliyyəti də miüzakirə obyekti olub. "Ümid" partiyasının sədri, parlamentdə fraksiya yaradılması üçün çox üzvlər tələb olunduğunu diqqətə çatdırıb. Müxalifətin isə parlamentdə hansısa məsələləri müzakirəyə çıxarmaq imkanının məhdud olduğunu bildirib.

"Bir neçə müxalifət partiyasının 6 mayda keçirmək istədiyi aksyaya icazə verilmədiyini də ifadə etdik. Təkrar seçkilərlə bağlı mövqeyimizi də bildirdik" - deyə İqbal Ağazadə yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti