...

Konstantin Kosaçov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistanı qane edən istənilən həlli variantını dəstəkləyəcək

Siyasət Materials 31 May 2006 18:26 (UTC +04:00)
Konstantin Kosaçov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistanı qane edən istənilən həlli variantını dəstəkləyəcək

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir şəxsi məqsədlər güdmür və Azərbaycanla Ermənistanı qane edən istənilən həll variantını dəstəkləyəcək. Bunu, Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, "Exo Moskvı" radiostansiyasında Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçov Rusiyanın müdafiə naziri, baş nazir müavini Sergey İvanovun Dağlıq Qarabağa sülhməramlı qüvvələrin daxil edilməsi mümkünlüyü barədə bəyanatını şərh edərkən bildirib.

"Dağlıq Qarabağdakı vəziyyət olduqca çətin olaraq qalır və Rusiya Azərbaycanla Ermənistanı qane edən istənilən qərarı dəstəkləməyə hazırdır" - deyə K.Kosaçov qeyd edib. "Tərəflər mübahisəli regionda sülhməramlı kontingentin yerləşdirilməsi haqqında qarşılıqlı razılığa gəlsə, Rusiya müvafiq müraciəti dəstəkləməli və onun gerçəkləşdirilməsinə köməklik göstərməlidir" - deyə sədr vurğulayıb.

MDB müdafiə nazirlərinin Bakıdakı görüşündə iştirak edən S.İvanov sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsini mümkün hesab edib. "Dağlıq Qarabağa gəldikdə, tez, ya gec əldə olunacaq siyasi razılıqların təminatı üçün gələcəkdə orada sülhməramlı qüvvələrin yerləşdirilməsini istisna etmirəm" - deyə o bildirib" - deyə o bildirib. Baş nazir müavinin fikrincə, bu qeyri-müəyyən vəziyyət sonsuza qədər davam edə bilər.

O xatırladıb ki, münaqişə zonasında kövrək barışıq artıq 12 ildir ki, davam edir. "Dünyada Dağlıq Qarabağ kimi qaynar nöqtələrin sayı azalmaq əvəzinə ilbəil artır və bu, təəsüf doğurur" - S.İvanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti