...

Kvemo Kartlidə yaşayan azərbaycanlılar elektrik qatarları ilə bağlı çətinliklə üzləşməyəcək

Siyasət Materials 1 İyun 2006 13:35 (UTC +04:00)

Qatarların yay hərəkət rejiminə keçməsi ilə əlaqədar Gürcüstan dəmir yolunda şəhərətrafı və yerli elektrik qatarlarının hərəkət qrafiki dəyişib. "Qruzinskaya jeleznaya doroqa" MMC-gən Trend in Gürcüstandakı xüsusi müxbirinə verilən məlumata görə, dəyişiklik azərbaycanlıların kompakt yaşadığı Tiflis-Sadaxlı və Tiflis-Qardabani istiqamətində qatarların hərəkətinə şamil edilməyəcək.

Azərbaycanlıların yaşadığı rayonların əhalisi arasında narahatlıq Gürcüstan Dəmir Yolunun qatarların yay rejiminə keçməsi ilə əlaqədar elektrik qatarlarının ölkənin qərb rayonlarına hərəkətini dayandırmaq qərarından sonra yaranıb.

"Dəyişikliklər Tiflis-Sadaxlı və Tiflis-Qardabani istiqamətində hərəkət edən qatarlara şamil edilmir və bu rayonların sakinləri düzəliş edilmiş qrafiklə hərəkət edə biləcək", - deyə MMC-dən Trend ə bildirilib.

Tiflis-Sadaxlı qatarı yerli vaxtla saat 14:45-də Tiflisdən çıxacaq, saat 5:00-da isə əks istiqamətə hərəkət edəcək. Şəhərlərarası Tifılis-Qardabani qatarı saat 7:10 və və 8:10-da hərəkət edəcək. Sərhəd kəndlərinin sakinləri qatarlarda əsasən Azərbaycandan Tiflisə ərzaq malları, Gürcüstan bazarlarında böyük tələbatın olduğu kənd təsərrüfatı məhsulları aparır. Qeyd edək ki, Qərbi Gürcüstanda bir sıra elektrik qatarlarının ləğvi etiraz aksiyalarına səbəb olub və ölkə prezidenti bu işə qarışıb.

Xəbər lenti

Xəbər lenti