...

Konstutusiya Məhkəməsinin Plenumu 13 may 2006-cı ildə Milli Məclisə 10 dairə üzrə keçirilmiş təkrar seçkinin nəticəsini təsdiqləyib

Siyasət Materials 5 İyun 2006 13:19 (UTC +04:00)

İyunun 5-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 13 may 2006-cı il tarixdə Milli Məclisə 10 dairə üzrə keçirilmiş təkrar seçkinin nəticəsini təsdiqləyib. Trend xəbər verir ki, bu barədə qərarı KM-nin sədri Fərhad Abdullayev elan edib.

Əvvəlcə KM-nin hakimləri Rəfael Qvaladze və Sona Salmanova təkrar seçkinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən KM-ə daxil olmuş sənədləri elan ediblər.

Daha sonra maraqlı şəxs qismində MSK sədri Məzahir Pənahov çıxış edərək həm 6 noyabr, həm də 13 may 2006-cı il tarixlərdə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı geniş məlumat verib.

Sonra KM sədri F.Abdullayev Plenumun qərarını elan edib.

Qərarda qeyd olunub ki, 9 saylı Binəqədi 2-ci, 31 saylı Suraxanı 2-ci, 38 saylı Nizami 2-ci (Gəncə), 42 saylı Sumqayıt 2-ci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə keçirilmiş təkrar seçkidən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən Konstitusiya Məhkəməsinə daxil olmuş sənədlər araşdırılıb.

Müəyyən edilib ki, təkrar seçki üzrə səsvermənin ümumi yekunlarına dair 10 dairə üzrə protokollar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tərtib olunub. KM belə qənaətə gəlib ki, həmin dairələrdə Milli Məclisə təkrar seçki tam qanuni keçirilib.

Beləliklə, Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə 13 may 2006-cı il tarixdə 10 dairədə keçirilmiş təkrar seçkilərin nəticələri təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti