...

Beynəlxalq Demokrat İttifaqına üzv ölkələrin parlamentləri Güney Azərbaycanba baş verənləri müzakirə edəcək

Siyasət Materials 5 İyun 2006 13:50 (UTC +04:00)

Güney Azərbaycanda insan hüquqlarının kobud surətdə pozulması Beynəlxalq Demokrat İttifaqına (BDİ) üzv olan partiyalarının təmsil olunduqları dövlətlərin parlamentlərində müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə BDİ-nin baş katibi Erik Moenin Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyinə ünvanladığı məktubda bildirilib.

Qeyd edək ki, AMİP BDİ-yə üzv olan partiyaların vasitəsilə dünyanın 70-dən çox ölkəsinə bəyanat yayıb. Bəyanatdə Güney Azərbaycanda baş verən proseslər barədə məlumat çatdırılıb və quruma üzv partiyaların mənsub olduğu ölkələrin parlamentlərindən və dövlət başçılarından İran İslam Respublikasında insan haqlarının kobud şəkildə pozulmasına münasibət bildirmək xahiş olunub.

BDİ-nin baş katibi Erik Moen AMİP-in müraciətinə cavab göndərib.

Xəbər lenti

Xəbər lenti