...

İranın sənaye və mədən nazirinin müavini Bakıya səfər edəcək

Siyasət Materials 5 İyun 2006 14:57 (UTC +04:00)

İranın sənaye və mədən nazirinin müavini Hadı Necati Hüseynian Bakıya səfər edəcək. İranın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, səfərdə məqsəd iyunun 6-8-də Bakıda keçiriləcək "Xəzər neft və qaz-2006" sərgi-konfransda iştirak etməkdən ibarətdir.

Beynəlxalq konfransda iştirak çərçivəsində nazir müavini məruzə ilə çıxış etməyi və digər ölkələrin nümayəndə heyətləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti