...

ATƏT Minsk Qrupunun həmsədrləri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür

Siyasət Materials 6 İyun 2006 18:44 (UTC +04:00)
ATƏT Minsk Qrupunun həmsədrləri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fikri dəyişməyib, yəni Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli vacib və mümkündür, 2006-cı il isə belə bir irəliləyişin əldə olunması üçün əlverişli vaxtdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin Buxarest görüşünün yekunları üzrə bəyanatında bildirilib.

Həmsədrlər inanır ki, münaqişənin nizamlanması üçün müəyyənləşdirilən və təklif olunan əsas prinsiplər belə bir qətnamənin əldə olunması üçün ədalətli əsasın yaradılmasını nəzərdə tutur. Onlar tərəflərin həmin prinsiplər əsasında indiyə qədər razılığa gəlmədiyinə təssüfləndiyini və iyunun sonunda ATƏT şurasına əvvəlki aylardakı fəaliyyətləri barədə hesabat təqdim etmək niyyətində olduqlarını bildirib.

Bəyanatda həmçinin deyilir ki, iyunun 4-5-də vasitəçilərin, o cümlədən, ATƏT-in hazırkı sədrinin iştirakı ilə keçirilən Buxarest görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair bütün məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti