...

Oqtay Əsədovun Ermənistan Milli yığıncağının sədrini təbrik etməsi haqqında məlumat yalandır

Siyasət Materials 9 İyun 2006 13:16 (UTC +04:00)
Oqtay Əsədovun Ermənistan Milli yığıncağının sədrini təbrik etməsi haqqında məlumat yalandır

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun Ermənistan Milli yığıncağının yeni sədri Tiqran Torosyanın ünvanına təbrik məktubu göndərməsi haqqında məlumat əsassız və yalandır. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin (parlament) mətbuat katibi Akif Nəsirov xəbər verib.

A.Nəsirov deyib: "Bu, tamamilə yalan məlumatdır. Bu cür təbrik olmayıb və belə məlumatlar Ermənistanın Azərbaycana qarşı yönəlmiş növbəti təbliğatıdır".

Onun sözlərinə görə, belə məlumatların yayılması bütün etik normalardan kənardır. Milli Məclisin mətbuat katibi qeyd edib: "Azərbaycan jurnalistləri erməni agenturasının bu cür hiylələrinin təsiri altına düşməməlidirlər".

Qeyd edək ki, bir qədər əvvəl erməni KİV-ləri məlumat yaymışdılar ki, guya Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Ermənistan Milli yığıncağının yeni sədri Tiqran Torosyanın ünvanına təbrik məktubu göndərib. Məlumata əsasən, məktub iyunun 8-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QİƏT PA) Ermənistanda keçirilən plenum sessiyasında Azərbaycan parlamentinin üzvü Asif Hacıyev tərəfindən oxunub.

Xəbər lenti

Xəbər lenti