...

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Dünya Bankının ölkəmizdə səfərdə olan eksperti ilə görüşüb

Siyasət Materials 9 İyun 2006 17:05 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə iyunun 9-da Dünya Bankının ölkəmizdə səfərdə olan eksperti Kristos Kostopoulos ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidlmətindən bildiriblər.

Ziyad Səmədzadə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, əldə olunmuş uğurlar və mövcud problemlər barədə qonağa ətraflı məlumat verib. O deyib ki, neft strategiyasının uğurla həyata keçirilməsi, gəlirlərin artması iqtisadiyyatın digər sahələrinin də inkişafına şərait yaradıb. Xarici şirkətlər, əcnəbi iş adamları ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə inamla sərmayə qoyurlar.

Kristos Kostopoulos indiyədək bir neçə dəfə Azərbaycana gəldiyini və hər dəfə sürətli inkişafın şahidi olduğunu bildirib. Qonaq qeyd edib ki, iqtisadi tərəqqi, əldə olunmuş uğurlar təqdirəlayiqdir. Dünya Bankı Azərbaycanda həyata keçirilən islahatları diqqətlə izləyir.

Sonra Dünya Bankının eksperti dövlət büdcəsinin təşkili, gəlir və xərc sisteminin təhlili ilə bağlı maraq doğuran bir sıra məqamlarla maraqlanıb.

Xəbər lenti

Xəbər lenti