...

Çində təhsil alan Azərbaycan Daxili Qoşunlarının zabitləri onlara göstərilən qayğıdan razıdırlar

Siyasət Materials 12 İyun 2006 13:32 (UTC +04:00)

Azərbaycan Daxili Qoşunlarının komandanı Zakir Həsənovun Çin Xalq Respublikasına səfəri zamanı həmin ölkədə təhsil alan DQ zabitləri onlara göstərilən qayğıdan razılıq ediblər. Bu barədə Trend ə Azərbaycan DQ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Z.Həsənovun ÇXR Silahlı Milis Qüvvələrinin təlim-tədris mərkəzi və digər idarələri ilə də tanış olub, müxtəlif görüşlər keçirib.

Həmin görüşlərdə Azərbaycanla Çinin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlıqla yanaşı informasiya və təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, Z.Həsənovun Çinə səfəri Çin Xalq Respublikasının (ÇXR) Silahlı Milis Qüvvələri komandanının dəvəti ilə baş tutub.

Xəbər lenti

Xəbər lenti