İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov Polşa Seyminin Avropa İttifaqı məsələləri üzrə komissiyasının sədri Karol Karskinin başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Görüşdə spiker ölkələrimiz arasındakı dostluq əlaqələrinin qədim tarixindən danışıb, münasibətlərimizin genişlənməsində dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayıb. O bildirib ki, prezidentlərin qarşılıqlı səfərləri zamanı imzalanan çoxsaylı sənədlər əlaqələrimizin inkişafı üçün möhkəm hüquqi baza yaradıb: "Biz istərdik ki, münasibətlərimiz daha da genişlənsin və ümid edirik ki, bu səfərdən sonra parlamentlərarası əlaqələrimiz daha da möhkəmlənəcək və inkişaf edəcək".
Karol Karski ölkəsinin spikerinin salamlarını parlamentin sədrinə çatdırıb. Bildirib ki, onun ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır: "Səfərdən məqsəd də bu ölkə ilə münasibətləri genişləndirmək üçün məsləhətləşmələr aparmaqdır".