Azərbaycanda sürücülər fərqlənmə nişanı almaqda aktiv iştirak edir. Bu barədə Trend ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat-bəşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
Artıq 22.220 sürücü fərqlənmə nişanı alıb. Bunun nəticəsində 500 AYN məbləğində pul vəsaiti dövlət büdcəsinə köçürülüb.
V.Əsədov bildirib ki, DYP yaxın vaxtlarda sürücülər üçün növbəti aylıq keçirləmyi planlaşdırır. Hazırda aylığın mövzusu müzakirə olunur. "Aylıqların keçirilməsi yol nəqliyyat hadisələrinin qarşısının alınmasında və sürücülərin maariflənməsində ən yaxşı metoddur" - deyə V.Əsədov söyləyib.
Şöbə rəisinin sözlərinə görə, yaxın günlərdə paytaxtda bir neçə yeni cərimə meydançası və dayanacaq istifadəyə veriləcək.