...

AŞPA-nın mədəniyyət, elm və təhsil komitəsinin iclası keçiriləcək

Siyasət Materials 19 İyun 2006 18:45 (UTC +04:00)

İyunun 22-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm və təhsil komitəsinin iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

Qeyd edək ki, iclasın gündəliyinə söz azadlığı, dini baxışlara hörmət, mədəni əməkdaşlığın əsas istiqamətləri, Avropa ədəbiyyatının tədrisi ilə bağlı məsələlər daxil edilib.

R.Hüseynov onu da qeyd edib ki, həmin gün mətbuat üzrə alt komitədə müəllifi olduğu "Avropa jurnalistika universiteti" mövzusunda məruzəsi üzrə dinləmələr keçiriləcək.

Xəbər lenti

Xəbər lenti