...

Bakıda sərhəd xidmətinin yeni təlim mərkəzi açılıb

Siyasət Materials 20 İyun 2006 20:54 (UTC +04:00)

Trend agentliyi "AzTV" telekanalına istinadən xəbər verir ki, Avropa Birliyi və Miqrasiya üzrə Beynəlxalq Təşkilatın birgə layihəsi çərçivəsində iyunun 20-də Bakıda Azərbaycan Dövlət Sərhəd Xidmətinin yeni təlim mərkəzi açılıb. Mərkəzin yaradılmasında əsas məqsəd şəxsi heyətin peşəkarlığını artırmaqdır.

"Bu təlim mərkəzi Azərbaycan Dövlət Sərhəd Xidməti və Miqrasiya üzrə Beynəlxalq Təşkilat tərəfindən yaradılıb və əsasən Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşları şəxsi heyətinin nəzarət-buraxılış məntəqələrdə iş sahəsində ixtisasını artırmaq üçün nəzərdə tutulub" - deyə Elçin Quliyev bildirib.

Bu mərkəzdə miqrasiya üzrə qanunvericilik, sərhəd nəzarəti üzrə normativ-hüquqi aktlar, sərhəddəki nəzarət-buraxılış məntəqələrində pasport rejimi qaydaları, beynəlxalq hüquq, etika və psixologiya tədris olunacaq. Hüquq-mühafizə orqanlarının vahid informasiya axtarış bazasından istifadə olunacaq.

Mərkəzin açılışında baş direktoru Brunson MakKinli və bu təşkilatın Bakı ofisinin nümayəndələri iştirak edib. İştirakçıların ümumi sayı 150 nəfər olub.

Xəbər lenti

Xəbər lenti