...

Xələf Xələfov: "Xəzərin statusu üzrə növbəti danışıqların tarixi Türkmənistandan asılıdır"

Siyasət Materials 21 İyun 2006 16:41 (UTC +04:00)

Xəzərin statusu ilə bağlı konvensiyanın hazırlanması məsələsi üzrə Aşqabadda keçiriləcək növbəti görüşün tarixi müəyyən olunmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Hazırda tərəflər Türkmənistanın təkliflərini gözləyir. Bu təkliflər təqdim olunduqdan sonra görüşün keçirilmə tarixi razılaşdırılacaq", - deyə X.Xələfov qeyd edib.

Onun sözlərinə görə, Aşqabad görüşü zamanı 5 tərəfli danışıqlarla yanaşı Azərbaycan və Türkmənistan arasında ikitərəfli məsləhətləşmələr də aparılacaq.

Hazırda tərəflər müxtəlif istiqamətlər üzrə yaxınlaşıb, bir sıra məsələlərə dair ümumi fikirlər mövcuddur. Ancaq konvensiyanı razılaşdırmaq üçün müəyyən vaxt və səy tələb olunur", - deyə X.Xələfov qeyd edib.

Xəbər lenti

Xəbər lenti