...

Qaçqınlar və vətəndaşlığı olmayanlar üzrə Fransa ofisinin nümayəndələri Milli Məclisdə görüş keçirib

Siyasət Materials 21 İyun 2006 18:27 (UTC +04:00)

Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Qaçqınlar və vətəndaşlığı olmayanlar üzrə Fransa ofisinin nümayəndələri ilə görüşüb. Bu barədə Trend ə Milli Məclsin mətbuat xidmətindən bildiriblər.

Görüşdə komissiya sədri rəhbərlik etdiyi komissiyanın işi, parlamentin fəaliyyəti, beynəlxalq konvensiyaların təsdiqi barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi diqqət yetirildiyini, bunun üçün ölkəmizdə Ombudsman institutunun yaradıldığını vurğulayıb. Daha sonra Rəbiyyət Aslanova qaçqın və məcburi köçkün probleminin Azərbaycanın ən ağrılı yeri olduğunu qeyd edib.

Nümayəndə heyətinin rəhbəri xanım Ania Ovkarek səfər çərçivəsində çadır şəhərciklərinə baş çəkdiklərini, qaçqın və məcburi köçkünlərimizin acınacaqlı həyat tərzi ilə yerindəcə tanış olduqlarını bildirib. Tezliklə bu problemin həll olunacağına inamını ifadə edib.

Xəbər lenti

Xəbər lenti