...

Azərbaycan prezidenti Taekvando Federasiyasının rəhbərliyi və idmançıları ilə görüşüb

Siyasət Materials 21 İyun 2006 20:36 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 21-də Milli Olimpiya Komitəsində Respublika Taekvando Federasiyasının rəhbərliyi və idmançıları ilə görüşüb. Trend xəbər verir ki, taekvando üzrə Avropa çempionatının mükafatçılarını təbrik edən prezident bu idman növünün ölkəmizdə sürətlə inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Taekvando Federasiyasının uğurları hamımızı sevindirir: "Artıq idmançıların qələbələri ənənəvi xarakter daşıyır. Taekvandoçularımız müxtəlif beynəlxalq yarışlarda çox uğurla çıxış edirlər. Son müddət ərzində bir neçə idmançı Avropa çempionatının ən yüksək kürsüsünə qalxıb".

Prezident Afinada keçirilən yay olimpiya oyunlarında idmançılarımızın medallara çox yaxın olduğunu bildirsə də, hakimlərin ədalətsiz mövqe tutmaları üzündən bu qələbələrə nail ola bilməməyimizi qeyd edib: "Amma buna baxmayaraq mübarizə əzmi sınmadı, əksinə, bu ədalətsizliyə qarşı idmançılarımız öz iradələrini ortaya qoyublar".

Azərbaycan dövlətinin başçısı taekvandoçuluramızı əldə etdikləri uğurlara görə təbrik edib.

Prezident Azərbaycan Taekvando Federasiyasının beynəlxalq əlaqələrini genişləndirdiyini də xüsusilə qeyd edib.

Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov dövlət səviyyəsində idmana göstərilən qayğıdan danışıb və bu qayğının olimpiya komitələri və idman təşkilatları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti