...

Misir Mərdanov: ""Müstəqil Azərbaycan" universitetinin taleyi digər özəl ali təhsil müəssisələrini də gözləyə bilər"

Siyasət Materials 23 İyun 2006 15:35 (UTC +04:00)
Misir Mərdanov: ""Müstəqil Azərbaycan" universitetinin taleyi digər özəl ali təhsil müəssisələrini də gözləyə bilər"

"Fəaliyyətində ciddi və kobud pozuntulara yol verən özəl ali təhsil müəssisələrinin lisenziyaları ləğv oluna bilər". Trend in xəbər verdiyi kimi, bu barədə təhsil naziri Misir Mərdanov bəyan edib.

Onun sözlərinə görə, özəl məktəblərə lisenziya vermək hüququ nazirliyə aiddir və qanunvericiliyin pozulması və ya birbaşa öhdəliklərin səhlənkarlıqla yerinə yetirilməsi faktları aşkar olunduğu halda "Müstəqil Azərbaycan" universiteti ilə baş verdiyi kimi, struktur bu univesirteti də istənilən an ləğv edə bilər.

Nazir digər özəl universitetlərlə də belə halların təkrarlanması imkanlarını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti