...

ATƏT Azərbaycanın seçki islahatları prosesini dəstəkləməyə hazır olduğunu bildirib

Siyasət Materials 27 İyun 2006 13:29 (UTC +04:00)

ATƏT-in Demokratik institutlar və insan haqları bürosu (DİİHB) Azərbaycanın seçki hüququ sahəsində islahat prosesinin davam etdirilmə zərurəti haqqında bəyanatını açıqlayıb. Trend in verdiyi xəbərə görə, bu barədə ATƏT DİİHB-nin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, 13 may 2006-cı il seçkilərinin gedişatı və yekunları seçki islahatlarının davam etdirilməsinin zəruri olduğunu bir daha sübut edir. "Ötən ay səfir Qirt Arensin başçılığı altında ATƏT-in müşahidəçi missiyası islahatların davam etdirilməsində irəliləyiş və zərurət olduğunu bildirib. ATƏT-in 13 müşahidəçisi seçki kampaniyasının maneəsiz gedişi və daxili müşahidəçilərin seçkilərdə iştirak etmə imkanının artmasını qeyd ediblər. Missiya seçki günü səsvermə prosesinin monitorinqini keçirməyib", - deyə bəyanatda qeyd olunub.

ATƏT seçkilərin onun öhdəliklərinə, xüsusilə də ötən tövsiyyələrə müvafiq olaraq keçirilməsində Azərbaycanın hökümət orqanlarının və respublika ictimaiyyətinin addımlarını dəstəkləməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti