...

Müxalifət partiyalarının Salyan rayon təşkilatlarının Koordinasiya Şurasının toplantısı keçirilib

Siyasət Materials 27 İyun 2006 14:46 (UTC +04:00)

Müxalifət partiyalarının Salyan rayonu təşkilatlarının Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə Koordinasiya Şurasından bildiriblər.

Toplantıda Vətəndaş Həmrəyliyi Partiyasının, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Müsavat Partiyasının, Ədalət Partiyasının, Azərbaycan Milli Demokrat Partiyasının və Azərbaycan Milli İstiqlal Partiyasının rayon təşkilatlarının sədrləri iştirak edib.

Koordinasiya Şurasının toplantısında ölkədəki mövcud ictimai-siyasi vəziyyət, qarşıdan gələn təkrar bələdiyyə seçkiləri, bu seçkilərdə yerli təşkilatların üzərinə düşən vəzifələr, yerli müxalifətin mövcud vəziyyətdə üzərinə düşən işlər və digər məsələlər müzakirə edilib.

Salyan müxalifətinin Koordinasiya Şurası bütün bölgələrdə fəaliyyət göstərən müxalifət partiyalarının yerli təşkilatlarına birləşmək üçün müraciət qəbul edib. Müraciətdə deyilir: "Biz Salyan müxalifəti olaraq mövcud durumu, müxalifət partiyalarının pərakəndəliyəni və ölkədəki ictimai-siyasi vəziyyəti nəzərə alaraq birləşdik. Əgər birləşmək prosesi mərkəzdən başlamırsa, biz Salyan müxalifəti olaraq bunu regionlardan başlatmaq niyyətindəyik ki, bölgələrdən başlayacaq bu proses qoy mərkəzidə birləyməyə vadar etsin".

Toplantıda bildirilib ki, təkrar bələdiyyə seçkilərində Salyan şəhər bələdiyyəsinədə təkrar seçkilər keçiriləcək və şəhər bələdiyyəsinin 15 üzv yerinin hamısına namizədlər irəli sürülməlidir. Koordinasiya Şurasının qərarına görə paritet əsaslarla Salyan şəhər bələdiyyəsinin 15 üzv yerinin hamısına müxalifət partiyalarının yerli təşkilatları namizədlər irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti