...

Azərbaycan XİN başçısı rəsmi səfərlə Finlandiyaya yola düşüb

Siyasət Materials 29 İyun 2006 11:18 (UTC +04:00)

İyunun 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Finlandiyaya rəsmi səfəri başlayıb. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib. Səfər proqramında nazirin Finlandiya prezidenti Tarya Xalonen, ticarət və sənaye naziri Maori Pekkarinen, xarici işlər naziri Erki Tuomioya, Xarici İşlər Nazirliyinin dövlət katibi Perti Torstila, dövlət katibinin müavini Markus Pelira, "Nokia" korporasiyasının baş müşaviri Miko Xaykonen ilə görüşləri nəzərdə tutulub.

Səfərdə məqsəd Azərbaycan və Finlandiya arasında qarşılıqlı fəaliyyətin mövcud səviyyəsinin, ölkəmizin Avropa və Avroatlantik qurumlarla, o cümlədən Avropa Qonşuluq Proqramı və NATO-nun "Sülh naminə" proqramı çərçivəsində qarşılıqlı fəaliyyətinin müzakirəsindən ibarətdir.

Səfər iyulun 1-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti