...

Prezidentin Ucar və Zərdab rayonlarına səfəri başlayıb

Siyasət Materials 29 İyun 2006 12:05 (UTC +04:00)

Yerlərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının gerçəkləşdirilməsi ilə tanışlıq məqsədilə Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da ikigünlük səfərlə Ucar və Zərdab rayonlarına yola düşüb.

Trend in xəbər verdiyi kimi, səfər proqramına əsasən, dövlət başçısı keçmiş prezident Heydər Əliyevin abidə və muzeyinə baş çəkəcək, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edəcək.

Həmçinin, avtovağzal, dəmiryol vağzalı və bankın açılış mərasimləri də keçiriləcək. Daha sonra prezident Qazı-Qumlaq qəsəbəsində Zərifə Əliyeva adına xəstəxananın, o cümlədən təmir olunmuş məktəbin açılışında iştirak edəcək.

İyulun 30-da prezident Zərdabda bir sıra sosial obyektlərin, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binasının istismara verilməsi mərasimlərində iştirak edəcək, H.Əliyev parkı və abidəsinə baş çəkəcək.

Dövlət başçısı hər iki rayonda ictimaiyyətlə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti