...

Dünya bankı Azərbaycana $100 mln məbləğində 3 kredit ayırıb

Siyasət Materials 30 İyun 2006 11:08 (UTC +04:00)
Dünya bankı Azərbaycana $100 mln məbləğində 3 kredit ayırıb

Dünya bankı rəhbərliyi Azərbaycana $100 mln məbləğində 3 yeni kreditin ayrılmasını təqdir edib.

Trend in bankın mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, $50 mln məbləğində 1-ci kredit respbulikanın səhiyyə sistemində islahatların dəstəklənməsinə yönəldilib. $21,6 mln məbləğində 2-ci kredit Azərbaycanın hüquq sistemində aparılacaq islahatlar çərçivəsində istifadə olunacaq. 3-cü kredit ($28,5 mln) ölkənin aqrar sektorunda fərdi fermerlərin dəstəklənməsi istiqamətində həyata keçiriləcək islahatlara yönəldiləcək.

Kreditlər Azərbaycana BİA xətti ilə veriləcək. Azərbaycan DB-yə 1992-ci ildə daxil olub və o vaxtdan bəri ölkəyə 32 proqram çərçivəsində $811 mln məbləğində kredit ayrılıb.

Xəbər lenti

Xəbər lenti