...

Güney azərbaycanlılar Bəzz qalasına yetişib

Siyasət Materials 30 İyun 2006 14:14 (UTC +04:00)

Bəzz qalasına yürüş edən güney azərbaycanlıların bir hissəsi artıq qalaya çatıb. Trend xəbər verir ki, yürüş iyunun 29-dan başlayıb.

Bəzz qalası istiqamətindəki Kəlheybərə gedən yollar İran hökumətinin hərbiçiləri tərəfindən bağlanılıb. İran qvardiyaçıları Bəzz qalası istiqamətində hərəkət edən avtobusların yolunu da bağlayıb. Yalnız minik avtomobillərinin Kəlheybər istiqamətə getməsinə icazə verilib. Maneələrə baxmayaraq yürüş iştirakçılarının bir hissəsi artıq Bəzz qalasına yetişib.

Onu da bildirək ki, Bəzz qalası istiqamətinə gedən yollar nəzarətə götürülüb, nəzarət məntəqələrinin sayı artırılıb. Yürüş Güney Azərbaycanda keçirilən aksiyalarda həlak olan şəhidlərin ölümünün 40-cı gününə təsadüf edir. Yürüş iyunun 30-da saat 14.00-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti