...

Azərbaycanın Təhsil Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında "Birgə fəaliyyət Proqramı"na dair sənəd imzalanıb

Siyasət Materials 30 İyun 2006 14:28 (UTC +04:00)

İyunun 30-da Azərbaycanın Təhsil Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında "Birgə fəaliyyət Proqramı"na dair sənəd imzalanıb. Trend xəbər verir ki, sənədin imzalanma mərasimi Memarlıq və İnşaat Universitetində keçirilib və sənədi təhsil naziri Misir Mərdanovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıb.

Sənəddə mülki müdafiə ilə əlaqədar məsələlərin orta və ali məktəblərdə tədris olunmasının daha da təkmilləşdirilməsi, məktəblərin mülki müdafiəyə dair müvafiq laboratoriyaların yaradılması, müvafiq aparaturaların məktəblərdə yerləşdirilməsi, mülki müdafiə fənni üzrə ixtisaslı müəllimlərin müəyyənləşdirilərək təyin edliməsi və s. məsələlər dayanır.

Sənədin imzalanma mərasimində çıxış edən mütəxəssislər FHN ilə Təhsil Nazirliyinin bu birgə layihəsi ətrafında bir sıra təkliflər irəli sürüblər.

Məktəblərdə mülki müdafiənin tədrisinə FHN nəzarət edəcək və bu sahədə təhsil ocaqlarına mütəmadi şəkildə yardımlar göstərəcək.

Xəbər lenti

Xəbər lenti