...

AŞPA-nın yay sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti iyulun 1-də vətənə qayıdacaq

Siyasət Materials 30 İyun 2006 17:51 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti iyulun 1-də vətənə qayıdacaq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 26-30-da Strasburqda keçirilib.

Sessiyada Azərbaycanın nümayəndə heyəti milli maraqlardan çıxış edərək Ermənistanın işğalçı siyasətini bir daha ifşa edib. Sessiyada "Ermənistanın insanlığa qarşı törətdiyi cinayətlər" və "Ermənistanın azərbaycanlılara qarşı apardığı etinik təmizləmə" adlı sənədlər nəşr edilib, deputatlara paylanılıb.

AŞPA-nın ekologiya və ətraf mühit komitəsinin, monitorinq komitəsinin, Dağlıq Qarabağ üzrə Alt Komitənin, siyasi komitənin, Avropa Xalqları Xartiyası qrupunda keçirilən toplantılarda nümayəndə heyətimiz ətraflı və tutarlı faktlarla çıxışlar ediblər. Nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva qurumun rəhbərliyinə Azərbaycanın işğal olunan ərazilərinin Ermənistan tərəfindən qanunsuz olaraq məskunlaşdırması ilə bağlı tövsiyə xarakterli sənd təqdim edib.

Elmira Axundova AŞPA-da qeyri-leqal miqrantların əsas hüquqları barədə məsələnin müzakirəsində çıxış edib.

Sessiyanın dördüncü günündə nümayəndə heyətimiz Ermənistanın işğalçı siyasəti ilə bağlı xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.

Qeyd edək ki, yay sessiyasında Azərbaycanı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Aydın Mirzəzadə, Aydın Abbasov, Elmira Axundova, Fəzail İbrahimli təmsil edib.

Xəbər lenti

Xəbər lenti