...

Qənirə Paşayeva: "AŞPA-da meşə yanğınları ilə bağlı müzakirələrdə erməniləri fakt qarşısında qoyduq"

Siyasət Materials 30 İyun 2006 18:39 (UTC +04:00)
Qənirə Paşayeva: "AŞPA-da meşə yanğınları ilə bağlı müzakirələrdə erməniləri fakt qarşısında qoyduq"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının sonuncu iclasında müzakirə olunan birinci məsələ - "Avropada meşə yanğınları: onun ətraf mühitə və ekologiyaya təsiri" mövzusunda erməniləri faktlar qarşısında qoyduq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

Qeyd edək ki, həmin müzakirələrdə Avropa Şurasının baş katibi Terri Devis də iştirak edib.

Millət vəkili qeyd edib ki, məsələ ilə bağlı öncə Ermənistanın nümayəndə heyətinin iki üzvü - Hermini Nağdalyan və Tiqran Torasyan çıxış edərək ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərdə yanğınlar törədilməsi faktının Azərbaycan nümayəndə heyəti tərəfindən şişirdildiyini bildiriblər: "Onlar söyləyiblər ki, guya Azərbaycanın nümayəndə heyəti yalan danışır və yanğınların törədilməsi Dağlıq Qarabağın separatçı rejiminə lazım deyil. Bəzi məqamlarda Azərbaycanı ittiham etdilər".

Q.Paşayeva bildirib ki, erməni deputatların çıxışından sonra onunla, Gültəkin Hacıyeva çıxış edib. G.Hacıyeva bildirib ki, T.Torasyanın Avropa dəfərlərindən danışmağa mənəvi haqqı çatmır. Çünki onların özləri bu dəyərlərə hörmətlə yanaşmırlar: "Mən də çıxışımda bildirdim ki, Azərbaycan meşələrinin 247352 hektarı Ermənistanın və Dağlıq Qarabağın separtçı rejiminin işğalı altındadır. Bu isə Azərbaycanın bütün meşə sahəsinin dörddən biri deməkdir. On ildən artıqdır ki, ermənilər işğal etdiyi Azərbaycan ərazilərinin flora və faunasını talayır. Azərbaycan ermənilər tərəfindən ekoloji terrora məruz qalıb".

Millət vəkili onu da bildirib ki, çıxışında ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərdə törətdikldəri yanğınlarla bağlı tutarlı və təkzibolunmaz faktlar gətirib. Q.Paşayeva onu da söyləyib ki, erməni deputatları çıxışlarında tez-tez "Dağlıq Qarabağ Respublikasının" adını çəkərək onun Ermənistanla heç bir əlaqəsi olmadığını vurğulayırdılar: "Mən isə faktlarla söylədim ki, Ermənistanın dövlət rəsmiləri Dağlıq Darabağ bölgəsinə gedərək separatçı rejimlə problemin sülh yolu ilə həllinə mane olan söhbətlər aparırlar. Bildirdim ki, mayın 8-də Şuşa şəhərinin işğalı günündə Ermənistan prezidenti Dağlıq Qarabağın separatçı rejiminə təbrik məktubu göndərib. Ermənistanan baş naziri Andranik Marqaryan, müdafiə naziri Serj Sarkisayn Şuşaya gələrək separatçılar qarşısında çıxışlar ediblər".

Xəbər lenti

Xəbər lenti