...

Bakıda Avroatlantik mərkəzi açılıb

Siyasət Materials 3 İyul 2006 14:34 (UTC +04:00)
Bakıda Avroatlantik mərkəzi açılıb

İyulun 3-də Bakıda Avroatlantik mərkəzi açılıb. Trend in xəbər verdiyi kimi, mərkəz Azərbaycanda NATO həftəsi çərçivəsində açılıb.

Azərbaycanda mərkəzin açılması həm Azərbaycanın alyansla gələcək əməkdaşlığı, həm də ölkə haqqında NATO rəhbərliyinə daha dəqiq məlumatların verilməsi baxımından böyük siyasi əhəmiyyət kəsb edir. Bu barədə mərkəzin açılışında Azərbaycanın XİN başçısı Araz Əzimov bəyan edib. Onun sözlərinə görə, belə mərkəzin yaradılması həm də tərəflərin əməkdaşlığı daha da möhkəmləndirmək və inkişaf etdirmək niyyətindən xəbər verir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev isə hesab edir ki, bu mərkəz Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 700-dən çox mədəni və tarixi abidəsinin məhv edilməsi faktlarının, o cümlədən ermənilərin ölkəmizin işğal olunmuş ərazilərində törətdiyi yanğınlarla bağlı həqiqətin alyansın yüksək vəzifəli şəxslərinin diqqətinə çatdırılmasına xidmət edəcək.

NATO baş katibinin müavini Jan Furne ümidvar olduğunu bildirib ki,

mərkəz ictimai diplomatiyanın inkişafına xidmət edəcək və ölkənin NATO ilə əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti