...

Vətəndaş Həmrəyliyi Partiyası Məşvərət Məclisinin növbəti toplantısı keçirilib

Siyasət Materials 4 İyul 2006 12:19 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı, Sumqayıt, Abşeron və işğal edilmiş rayonlardan olan yerli təşkilatlarının Məşvərət Məclisinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə VHP mətbuat xidmətindən bildiriblər.

Toplantıda təşkilati məsələlər, qarşıdan gələn təkrar bələdiyyə seçkiləri və ölkədəki mövcud ictimai-siyasi durum müzakirə edildib. Məşvərət Məclisinin sədri Şəmsəddin Mirzəxanlı ötən həftə ərzində rayon təşkilatlarının fəaliyyəti barədə ətraflı məlumat verib. O, rayon təşkilatlarının ötən həftəki fəaliyyətlərini müsbət dəyərləndirib. Toplantıda oktyabrda keçiriləcək təkrar bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılıb. MM icraçı katibi Səidə Dadaşlı bildirib ki, artıq bir sıra seçki dairəsindən partiyanın namizədləri irəli sürülüb.

Sonra toplantı iştirakçıları Güney Azərbaycanda baş verən hadisələri müzakirə ediblər. VHP-çilər xalq qəhrəmanı Babəkin doğum günü ərəfəsində Bəzz qalasına ənənəvi yürüşün qarşısının fars rejimi tərəfindən vəhşicəsinə alınmasını pisləyiblər və bunu İranda yaşayan 35 milyonluq azəri türkünün hüquqlarının kobud sürətdə pozulması kimi qiymətləndiriblər. Eyni zamanda bunu təkcə İran adlanan ölkədə yaşayan türklərə deyil, bütünlüklə dünya azərbaycanlılarına təhqir kimi qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti