...

Sərhədçilər tərəfindən qaçaqmalçılardan 2 bağlamada ümumi çəkisi 14,7 kiloqram olan marixuana götürülüb

Siyasət Materials 5 İyul 2006 12:19 (UTC +04:00)

Horadiz sərhəd dəstəsinin əməkdaşları tərəfindən qaçaqmalçılardan 2 bağlamada ümumi çəkisi 14,7 kiloqram olan marixuana götürülüb. Bu barədə Trend ə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Horadiz sərhəd dəstəsinin ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı İrandan Azərbaycana keçməyə cəhd edən 2 nəfər naməlum şəxsi saxlamaq üçün sərhəd naryadı "Dayan!" komandası verərək havaya xəbərdarlıq attəşi açıb. Sərhəd pozucuları əllərində olan 2 bağlamanı ataraq, geriyə qaçıblar. Əraziyə baxış keçirilərkən bağlamalarda 14,7 kiloqram marixuana aşkar olunaraq götürülüb.

Sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin alıcısı, Füzuli rayonunun Bala Bəhmənli kənd sakini Koroğlu Tofiq oğlu Mirzəliyev saxlanılıb. Hazırda Dövlət Sərhəd Xidmətinin istintaq-təhqiqat şöbəsində fakt üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti