...

Zurab Noqaideli: "Gələn ay Gürcüstan-Azərbaycan hökumətlərarası Komissiyanın toplantısı keçiriləcək"

Siyasət Materials 5 İyul 2006 12:54 (UTC +04:00)

Gələn ay Gürcüstan-Azərbaycan hökumətlərarası Komissiyanın toplantısı keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanda səfərdə olan Gürcüstanın baş naziri Zurab Noqaideli açıqlama verib.

Baş nazir bildirib ki, onun Bakıya səfəri həm də həmin komissiyaya hazırlıq mərhələsidir. O, komissiyanın toplantısının Gürcüstanın Batumi şəhərində keçiriləcəyini deyib. Gürcüstan-Azərbycan hökumətlərarası münasibətləri, iqtisadiyyat, ticarət, nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Hazırda Bakıda Azərbaycanın hökumət nümayəndələri ilə görüşlərində də komissiyanın Batumidə keçiriləcək iclası barədə müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti