...

"Ölkədə vətəndaş cəmiyyətinin vəziyyəti" mövzusunda konfrans keçirilib

Siyasət Materials 5 İyul 2006 13:09 (UTC +04:00)

"Azadlıq" siyasi bloku iyulun 5-də Bakı Əyləncə Mərkəzində "Ölkədə vətəndaş cəmiyyətinin vəziyyəti" mövzusunda konfrans keçirib. Trend xəbər verir ki, konfransda QHT rəhbərləri, müxalifət düşərgəsini təmsil edən partiya nümayəndələri iştirak edib.

Konfransı açan adıçəkilən blokun həmsədrlərindən biri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına mane olan amillərdən danışıb. Partiya sədri bildirib ki, siyasi mühitdə baş verən proseslər vətəndaş cəmiyyətinin formalaşmasına mənfi təsir göstərir.

Mövzu ilə bağlı əsas məruzəni Hacı İlqar İbrahimoğlu edib. O, vətəndaş cəmiyyətinin formalaşmasının nəzəri və praktik tərəfəlrinə toxunub. Daha sonra blokun liderləri mövzu ilə bağlı çıxışlar etdikdən sonra müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti