...

Əli Kərimli: "Seçki komissiyalarının tərkibi yenidən formalaşdırılarsa "Azadlıq" siyasi bloku seçkilərdə iştirak edəcək"

Siyasət Materials 5 İyul 2006 13:21 (UTC +04:00)

Seçki komissiyalarının tərkibi yenidən formalaşdırılarsa, "Azadlıq" siyasi bloku seçkilərdə iştirak edəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

AXCP sədri qeyd edib ki, təkrar bələdiyyə seçkilərində iştirak etməmələrinin bir neçə səbəbi var: "Biz əslində seçkilərdə iştirak etmək istərdik. Ancaq çox təəssüflər olsun ki, indiyədək seçki komissiyalarının tərkibi müxalifətin təklif etdiyi paritet əsaslarla formalaşmayıb. Biz də seçkiləri boykot edirik".

Ə.Kərimli onu da vurğulayıb ki, əgər seçki komissiyalarının tərkibi yenidən formalaşdırılarsa, onlar seçkilərdə iştirak edəcəklər. AXCP sədri Seçki Məcəlləsinin dəyişdirilməsi məsələsinə də toxunub. Bildirib ki, Azərbaycan iqtidarı Venesiya Komissiyası ilə birgə məcəllədə dəyişikliklərin edilməsinə razılıq verib. Bu da onu göstərir ki, Seçki Məclləsinə əlavə və dəyişikliklər ediləcək.

Xəbər lenti

Xəbər lenti