...

Fərəc Quliyev: "Azərbaycanın siyasi həyatında durğunluq olduğundan MSƏM toplantılarını keçirə bilmir"

Siyasət Materials 5 İyul 2006 17:02 (UTC +04:00)

Azərbaycanın siyasi həyatında durğunluq olduğundan Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) toplantılarını keçirə bilmir. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev bildirib.

Qeyd edək ki, artıq bir aya yaxındır ki, MSƏM-in Sədrlər Şurasının toplantısı keçirilmir. Mərkəzə daxil olan AMİP sədri Ayaz Rüstəmov qurumun növbəti toplantısının iyulun 5-də Ümid Partiyasının qərargahında keçiriləcəyini bildirib. Lakin Ümid Partiyasında belə bir toplantının keçirilmədiyi bildirilib.

F.Quliyev isə qeyd edib ki, toplantıların keçirilməməsinə səbəb həmişə olduğu kimi yay aylarında Azərbaycanın siyasi həyatında durğunluğun mövcud olmasıdır: "Biz kifayət qədər baş verən proseslərlə bağlı tədirlər keçirib öz münasibətimizi bildirmişik. İndi isə siyasi həyatımızın özündə bir qədər süstlük olduğundan toplantılarımız təxirə salınıb. Payızda siyasi fəallıq artdıqdan sonra biz də fəallığımızı artıracağıq".

Xəbər lenti

Xəbər lenti