...

STV telekanalı iyulun 9-10-da Azərbaycan prezidenti haqqında filmi təkrar nümayiş etdirəcək

Siyasət Materials 7 İyul 2006 14:49 (UTC +04:00)

İyulun 7-də Bakıda Türkiyənin STV telekanalı tərəfindən çəkilmiş Azərbaycan prezidenti İlham Əliyev haqqında sənədli filmin təqdimatı olub. Trend in verdiyi xəbərə görə, film iyulun 9 və 10-da (təkrar nümayiş) kanalda göstəriləcək.

Təqdimatda qeyd olunub ki, film üç ay ərzində çəkilib və onun ssenarisi teleşirkətin Bakı nümayəndəliyi tərəfindən hazırlanıb.

Sənədli film 10 yarımrubrikaya bölünüb və ümumilikdə 41 dəqiqə davam edir. Filmdə Azərbaycan dövlət başçısının həyat və fəaliyyəti göstərilib, onun əsası keçmiş prezident Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu qeyd olunub.

Filmin koordinatoru Kamal Gülən, rejissoru - Əminə Uğuludur.

STV-nin Bakı şöbəsinin nümayəndələri qeyd ediblər ki, teleşirkət Azərbaycan-Türkiyə münasibətlərində inkişafın dəstəklənməsinə xüsusi əhəmiyyət verir. Son 10 il ərzində teleşirkətin efirində Azərbaycan haqqında 368 televiziya və sənədli film və proqramlar nümayiş etdirilib, bunların 57-si Azərbaycan dövlətinin rəhbəri haqqındadır.

Sonda qeyd olunub ki, filmin surəti bu gün Azərbaycan dövlətinin başçısına təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti