...

Bütöv Azərbaycan Hərəkatının yaradılması prosesi Azərbaycandan kənarda aparılır

Siyasət Materials 10 İyul 2006 18:28 (UTC +04:00)

Bütöv Azərbaycan Hərəkatının (BAH) yaradılması prosesi Azərbaycandan kənarda aparılır. Bu barədə Trend ə Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev bildirib.

Qeyd edək ki, bir neçə ay bundan öncə BAH-ın yaradılması ilə bağlı qərar MDH lideri F.Quliyev, Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli, sabiq təhsil naziri Firudin Cəlilov, Bütöv Azərbaycan Yolu Təşkilatının rəhbəri Ülvi Həkimin iştirakı ilə keçirilən toplantıda qəbul olunub.

F.Quliyev bildirib ki, lakin Azərbaycanda bu itiqamətdə təşkilatlanma çox zəif aparıldığından xarici diasporalarımızın yardımına ehtiyac qalıb: "Türkiyədə fəaliyyət göstərən kültür dərnəkləri, Avropadakı diasporların, İsveç, Hollandiya, ABŞ-da fəaliyyət göstərən siyasi qurumların rəhbərləri ilə danışıqlarımız olub. Məqsədimiz budur ki, BAH-ı xaricdə formalaşdıraq. Bizdə buna o qədər də əhəmiyyət vermirlər".

F.Quliyev onu da bildirib ki, BAH-ın baş qərargahının Avropada ola bilcəyi ilə bağlı məsələ də gündəmdədir.

Xəbər lenti

Xəbər lenti