...

Azərbaycanın Hesablama Palatası vahid maliyyə nəzarəti haqqında qanun üzərində işləri tamamlayır

Siyasət Materials 11 İyul 2006 16:34 (UTC +04:00)
Azərbaycanın Hesablama Palatası vahid maliyyə nəzarəti haqqında qanun üzərində işləri tamamlayır

Azərbaycanın Hesablama Palatası (HP) vahid maliyyə nəzarəti haqqında qanun üzərində işləri tamamlayır. Trend in verdiyi xəbərə görə, bu barədə iyulun 11-də palatanın sədri Namiq Nəsrullayev bildirib.

Onun sözlərinə görə, qanun, demək olar ki, hazırdır, onun əksər bəndləri razılaşdırılıb. "Hazırda bu qanunun üzərində beynəlxalq ekspertlər işləyir. Bu ekspertlər sənəd haqqında öz fikirlərini bildirməlidirlər", - deyə o qeyd edib. İşin bu mərhələsi başa çatdıqdan sonra, AHP başçısı bəzi məsələləri dəqiqləşdirmək üçün maliyyə naziri Samir Şərifovla görüşəcək.

"Biz artıq sentyabr ayında qanun layihəsini dövlət başçısına təqdim etməyi planlaşdırırıq. Lakin sənəd parlamentə 2006-cı ilin sonunda təqdim olunacaq", - deyə N.Nəsrullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti