...

Müsavat Partiyası sədri özünə üç müşavir təyin edib

Siyasət Materials 12 İyul 2006 15:17 (UTC +04:00)

Müsavat Partiyasının başqanı İsa Qəmbərin sərəncamı ilə Novella Cəfəroğlu, Xanım Xəlilova və Mürşüd Məmmədli başqanın müşavirləri təyin olunublar. Bu barədə Trend ə Müsavat Partiyası mətbuat xidmətindən bildiriblər.

Onu da bildirək ki, İ.Qəmbər Arif Hacılını təşkilatı məsələlər üzrə, Mehman Cavadoğlunu isə informasiya məsələləri üzrə müavin təyin edib. Qabil Hüseynli, Məryəm Oruclu və Arzu Səmədbəylinin müavinlik edəcəkləri sahə hələlik müəyyən edilməyib.

Partiyadan onu da bildiriblər ki, başqanın dörd sahə üzrə müavininin təyin olunması nəzərdə tutulub. İctimai əlaqələr və beynəlxalq məsələlər üzrə müavin postu da hələlik boşdur.

Xəbər lenti

Xəbər lenti