...

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri NATO-nun "İncirlik" bazasına gəlib

Siyasət Materials 13 İyul 2006 14:23 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri, o cümlədən Türkiyənin baş naziri "İncirlik" hərbi bazasına gəlib. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, prezidentlərin təyyarəsi yerli vaxtla saat 11:20-də NATO-nun İncirlik hərbi bazasında yerə enib.

Daha sonra dövlət başçıları 30 zirehli maşının müşayiəti ilə Ceyhandakı Heydər Əliyev terminalına yola düşüb.

Məlumata görə, dövlət başçılarının Bakı-Tiflis-Ceyhan neft kəmərinin rəsmi açılış mərasimində iştirak etmək üçün hərəkət etdiyi Adana-Ceyhan magistralı başqa nəqliyyat vasitələri üçün tamamilə bağlanıb.

Bütün yol boyu Türkiyənin xüsusi təyinatlı dəstələri yerləşdirilib. Eyni zamanda içərisində digər hörmətli qonaqların olduğu avtobuslar Adana şəhərindən çıxıb.

Xəbər lenti

Xəbər lenti