...

YAP-ın sədr müavini rayon təşkilatlarının rəhbərləri ilə müşavirə keçirib

Siyasət Materials 13 İyul 2006 20:00 (UTC +04:00)

İyulun 13-də Yeni Azərbycan Partiyasında (YAP) bələdiyyə seçkiləri ilə bağlı müşavirə keçirilib. Trend in məlumatına görə, müşvirədə YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov, rayon təşkilatlarının sədrləri iştirak ediblər.

Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Ə.Əhmədov bildirib ki, avqustun 10-da seçkilərin təbliğat-təşviqat mərhələsinə start veriləcək. İcra katibi rayon təşkilatların sədrlərinə seçkilərlə bağlı bəzi tövsiyələrini və müvafiq tapşırıqlar verib. O, yerli təşkilatların seçkidə hər dairə üzrə bir namizədlə iştirak etməsinin vacibliyini qeyd edib: "Biz əminik ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gələcək".

Ə.Əhmədov müxalifət tərəfindən bələdiyyə seçkilərnin boykot olunmasına da münasibət bildirib və belə addımları pisləyib. Onun sözlərinə görə, bəzi müxlifət partiyalarını seçkidə iştirak etmək maraqlandırmır.

Xəbər lenti

Xəbər lenti