...

Göygöldə yaşıllıqlar salınacaq

Siyasət Materials 17 İyul 2006 16:58 (UTC +04:00)

Göygöl Dövlət Qoruğuna vətəndaşların buraxılması bu ərazi milli park elan olunandan sonra mümkün olacaq. Bu barədə məlumatı qoruğun direktoru Bilal Əliyev jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, qoruqlar haqqında qanuna əsasən, vətəndaşların belə ərazilərdə isirahət etməsi qəti qadağandır. Bilal Əiyev onu da əlavə etdi ki, Göygölün milli park elan olunması ideyası hələ 2002-ci ildə Nazirlər Kabineti tərəfindən irəli sürülüb. 3-4 il müzakirələr getsə də, yalnız 2006-cı il martın 24-də dövlət başçısı İlham Əliyev bir neçə qoruğla yanaşı Göygöl Dövlət Qoruğunun da milli park elan olunması tövsiyəsini verib.

Bundan sonra Göygöl Milli Park elan olunacaq. Bu işlərin görülməsi üçün artıq 2005-ci ildən qoruqda toxunulmaz fond yaradılıb. Qanunsuz əməllər nəticəsində alınan cərimələr bu fondda toplanır. Həmin vəsait gələcəkdə Milli Parkın yaranmasında istifadə olunacaq. Bilal Əliyev onu da əlavə etdi ki, park yaradıldıqdan sonra burada ekoturizm layihəsi yaradılması planlaşıdırılır. Layihə çərçivəsində turist qruplarının iştirakı ilə gəzintilər təşkil olunacaq. Bundan başqa yaşıl kənd layihəsinin də həyata keçiriləcəyi nəzərdə tutulur. Bu layihə çərçivəsində Çaykənd, Toğana və Əzgilli kəndlərində yaşıllaşdırma işlərinin aparılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti