...

AMİP sədri Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Siyasət Materials 18 İyul 2006 18:51 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov iyulun 18-də Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Emi Şultsla görüşüb. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətlərinin indiki durumu müzakirə olunub. AMİP sədri E.Şultsun xahişi ilə partiyanın 9-cu qurultayından sonrakı fəaliyyəti, üzərinə düşən vəzifələr, müəyyənləşdirdiyi prioritetlər, məqsəd və prinsipləri barədə ətraflı məlumat verib. A.Rüstəmov bildirib ki, AMİP-in əsas hədəfləri Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həlli, güclü və Bütöv Azərbaycanın qurulmasına nail olmaq, iqtisadi inkişafı sürətləndirmək, demokratik təsisatların fəaliyyətinə geniş imkanlar yaratmaq, hüquqi, demokratik cəmiyyət formalaşdırmaqdır.

Xanım Emi Şults AMİP-in bu istiqamətdə göstərdiyi fəaliyyəti təqdirəlyiq hesab etdiyini deyib, eyni zamanda Milli Demokratiya İnstitutunun gələcək planları və həyata keçirəcəyi layihələr barədə məlumat verib. Onun sözlərinə görə, avqust ayından başlayaraq MDİ siyasi təşkilatların bölgələrdə fəaliyyət göstərən yerli orqanlarının iştirakı ilə bir sıra seminarlar və təlimlər keçirməyi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti