...

Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının qeydiyyatı ilə bağlı ədliyyə nazirinə müraciət edib

Siyasət Materials 20 İyul 2006 15:17 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iyulun 20-də Ədliyyə Nazirliyinə məktubla müraciət edib. Bu barədə Trend ə Əli Əliyev məlumat verib.

O bildirib ki, Vətəndaş və İnkişaf Partiyasının qurultayından sonra partiyanın yeni adda qeydiyyata alınması üçün Ədliyyə Nazirdiyinə müraciət oulnmuşdu. Partiyanın sənədlərinin təqdim olunmasından bir aydan çox vaxt keçib, lakin hələ də nazirlikdən heç bir cavab verilməyib. Əli Əliyev ədliyyə nazirinə müraciətində bu məsələlərə aydınlıq gətirilməsini, Vətəndaş və İnkişaf Partiyasının dövlət qeydiyyatına alınmasını və bununla əlaqədar nazirlikdən müvafiq sənədlərin partiyaya təqdim olunmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti