...

İranın Azərbaycandakı səfirliyi İsrail-Livan münaqişəsinə dair bəyanat yayıb

Siyasət Materials 21 İyul 2006 13:16 (UTC +04:00)

"Ötən günlər İsrail rejimi tərəfindən Livanın müxtəlif bölgələrinə qəddarcasına endirilən zərbələr bu rejimin antibəşəri mahiyyətini və insani dəyərləri tapdamağa hazır olduğunu göstərdi. Bunlar sübut etdi ki, sionist rejim Orta Şərqdə təhlükə və satibsizliyin mənbəyidir". Trend in məlumatına görə, bu fikirlər İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin İsrail-Livan münaqişəsinə dair bəyanatındandır.

Bəyanatda deyilir ki, İsrail rejimi "Həmas"ın Fələstindəki seçkilərdə uğur qazanmasına dözə bilməyərək Qəzza bölgəsinə hücum edib, "Həmas" nümayəndələrini həbs etməklə sülhsevərlik iddialarının yalan olduğunu sübuta yetirib: "Bu rejim Livanın yaşayış bölgələri, qeyri-hərbi obyektləri, iqtisadi, kommunikasiyaları, təhsil, səhiyyə infrastrukturlarını dağıtmaqla, zərərçəkənlər üçün nəzərdə tutulmuş humanitar və tibbi yardımları hücuma məruz qoymaqla bölgəni böyük bir böhran zolağına gətirib çıxarıb. Təəssüf ki, beynəlxalq təşkilatların sükutu və passivliyi sionist rejimi öz əməllərini davam etməyə həvəsləndirir və dünya xalqlarının yanında etibarını sual altına qoyur"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti