...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Siyasət Materials 24 İyul 2006 15:01 (UTC +04:00)
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Ötən həftənin yekunları üzrə ABŞ dollarına nisbətdə manatın Azərbaycan Milli bankı tərəfindən təyin edilmiş rəsmi məzənnəsi 0,0019 bənd (0,19%) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,88976 manat səviyyəsində təyin olunub.

Trend agentliyinin məlumatına əsasən, ötən həftə dolların manata nisbətdə maksumum məzənnəsi iyulun 17-də təyin olunub (1 ABŞ dollarına görə 0,8907 manat), minimum - iyulun 21-də (1 ABŞ dollarına görə 0,8888 manat) təyin olunub.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

anatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

10 iyul

0,8935

17 iyul

0,8907

11 iyul

0,8935

18 iyul

0,8901

12 iyul

0,8929

19 iyul

0,8898

13 iyul

0,8923

20 iyul

0,8894

14 iyul

0,8917

21 iyul

0,8888

Cəmi

0,89278

Cəmi

0,88976


Ötən həftənin yekunları üzrə ABŞ dollarına nisbətdə manatın Bakı Banklarası Valyuta Birjasındakı hərraclar nəticəsində təyin olunmuş birja məzənnəsi 0,0016 bənd (0,16%) artıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,88886 manat səviyyəsində təyin olunub.

Ötən həftə dolların manata nisbətdə maksumum məzənnəsi iyuun 17-də təyin olunub (1 ABŞ dollarına görə 0,8896 manat), minimum - iyulun 21-də (1 ABŞ dollarına görə 0,8880 manat) təyin olunub.

Ötən həftə BEST-də valyuta ilə sövdələr bağlanıb. iyulun 17-də sövdələrin həcmi $1,55 mln. (orta mübadilə məzənnəsi 0,8896 AZN/USD), iyulun 18-də - $9,927 mln. (0,8890 AZN/USD), iyulun 19-da - $7,29 mln. (0,8889 AZN/USD), iyulun 20-də - $11,05 mln.( 0,8888 AZN/USD), iyulun 21-də - $8,67 mln. (0,8880 AZN/USD) təşkil edib.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

10 iyul

0,8928

17 iyul

0,8896

11 iyul

0,8924

18 iyul

0,8890

12 iyul

0,8923

19 iyul

0,8889

13 iyul

0,8911

20 iyul

0,8888

14 iyul

0,8905

21 iyul

0,8880

Cəmi

0,89182

Cəmi

0,88886


Rusiya (RUB/AZN) valyutaları ilə sövdələr bağlanmayıb. Arropa (EUR/AZN) valyutası ilə isə iyulun 18-də 34 min avro həcmində bir sövdə qeydə alınıb. Avronun məzənnəsi 1,1158 AZN təşkil edib.

Bu müddət ərzində özəlləşdirmə çeklərinin qiyməti sabit olub. Çeklərin qiyməti 80 min köhnə manat (16 AZN) səviyyəsində qalıb.

Xəbər lenti

Xəbər lenti